Los Ancelesdəki faciənin sahəsi Lixtenşteyni keçdi
Los-Ancelesdə yanğınsöndürənlər meşə yanğınları ilə mübarizəni davam etdirirlər
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kaliforniyanın Meşə Təsərrüfatı Departamenti məlumat yayıb.
Bildirilib ki, yanğınlar 40,306 akrdan (163 kvadrat kilometr) çox ərazini əhatə edir, bu isı 160 kvadrat kilometr təşkil edən Lixtenşteynin ərazisindən daha çoxdur.
Qeyd edək ki, Los-Ancelesdə yanğınlar 2025-ci il yanvarın 7-də başlayıb. Kaliforniyanın fövqəladə hallar xidmətləri irimiqyaslı yanğının qarşısını almaqda çətinlik çəkir.
Kaliforniya ştatının yerli hakimiyyət orqanlarının ehtimalına görə, yanğına Yeni il şənlikləri zamanı atılan fişənglər səbəb ola bilər. Hazırda bu faciənin günahkarları axtarılır.
Xatirə SADİQ