Luka Modriçdən Arda Gülerə JEST - FOTO/VİDEO
“Real Madrid”lə yollarını ayıran Luka Modriç Arda Gülerə jest edib.
SAVASHMEDİA.az xəbər verir ki, “Real”la son matçını PSJ-yə qarşı keçirən təcrübəli yarımmüdafiəçi Madridə dönən kimi ilk Arda Gülerlə vidalaşıb. O, öz 10 nömrəli formasını türk əsilli futbolçuya verib.
Modriçlə Arda qucaqlaşaraq sağollaşıblar. Bundan sonra Arda Modriçin ona bağışladığı formanı sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Luka Modriç 13 ildir “Real Madrid”in heyətində çıxış edirdi. O, Madrid komandasının heyətində 4 dəfə İspaniya çempionu, 6 dəfə Çempionlar Liqası çempionu olub. İki dəfə İspaniya Kubokunu, 5 dəfə İspaniya Superkubokunu qazanıb. Modriç İtaliyanın “Milan” klubu ilə müqavilə imzalayıb.
Banu