Qurbanov Elvin Cəfərquliyevlə zarafatlaşdı - "Asfalta göndərərik, düzələr"

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”i 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin oyundan sonrakı açıqlaması maraqla qarşılanıb.

Aug 13, 2026 - 23:53
Aug 14, 2026 - 00:27
Qurbanov Elvin Cəfərquliyevlə zarafatlaşdı - "Asfalta göndərərik, düzələr"

SAVASHMEDİA.az xəbər verir ki, müdafiəçi oyundan sonra 3-4 ay əvəzedici heyətdə qaldığını və meydançası bərbad olan yerlərdə, asfaltda məşq etdiyini bildirib.

Cəfərquliyev yaşananların onun üçün asan olmadığını deyərək daha yaxşı oyun nümayiş etdirəcəyinə söz verib.

Baş məşqçi Qurban Qurbanov isə mətbuat konfransında futbolçunun bu sözlərinə zarafatla cavab verib:

Bəlkə, daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin. Asfaltda məşq etməyib, məncə... Bəlkə, fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik”.

Xatırladaq ki, Elvin Cəfərquliyev bir müddət əvvəl intizamsız davranışına görə Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi.

Oğuz