”Patron” tum satır, yoxsa taxta-şalban? - BİABIRÇILIQ + VİDEO
“Vəkiloğlu” MMC-yə məxsus “Patron Yaquar” tumunun içindən bu dəfə taxta parçası çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə infoaz.media-ya daxil olan şikayətdə bildirilib.
İstehlakçı Orxan Məhərrəmov bildirib ki, əvvəlcə paketdən çıxan yad cismin nə olduğunu anlaya bilməyib. Lakin diqqətlə baxdıqdan sonra bunun taxta parçası olduğunu başa düşüb:
“Paketi açanda gözümə sataşdı. Əvvəlcə elə bildim ki, çox uzun tumdur və rəngi fərqlidir. Lakin götürdükdən sonra taxta parçası olduğunu gördüm. Anlamıram, “Patron” bizə tum satır, yoxsa taxta-şalban?”.
Xatırladaq ki, bu, "Patron" tumları ilə bağlı ilk şikayət deyil. Bundan əvvəl də istehlakçılar sözügedən tum paketlərinin içindən qoyun qığı, siçan nəcisi, dəmir parçası çıxmasından şikayət ediblər.
Посмотреть эту публикацию в Instagram