Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA
Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir.
Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.