Makron Paşinyanı Azərbaycanla sülhə çağırdı

Fransa prezidenti Emmanuel Makron dünən Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. 

Oct 4, 2024 - 20:02
Makron Paşinyanı Azərbaycanla sülhə çağırdı

SAVASHMEDİA.az erməni mediasına istinadla xəbər verir ki, Makron Paşinyanla Azərbaycanla sülh razılaşmasının əldə olunmasının zəruriliyini müzakirə edib. 

Makron “bütün region xalqlarının rifahı naminə” Ermənistan və Azərbaycan arasında “mümkün qədər tez” sülh müqaviləsinin imzalanmasına çağırıb.

Makron və Paşinyan həmçinin Fransa və Ermənistan arasında ikitərəfli əməkdaşlığı gücləndirməyə davam etmək barədə razılığa gəliblər.

Oğuz