"Maskdan soruşun, bəlkə zəng vurub?" - Tramp

ABŞ prezidenti Donald Trampın “SpaceX”in yaradıcısı İlon Maskla mümkün telefon danışığına etiraz etmədiyini, lakin ona zəng etməyi planlaşdırmadığını bildirib.

Jun 10, 2025 - 05:41
"Maskdan soruşun, bəlkə zəng vurub?" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

“Düşünərdim ki, o mənimlə danışmaq istəyir. Bəlkə də artıq zəng vurub. Ondan zəng edib-etmədiyini soruşsanız yaxşı olar. Amma mənim buna qarşı heç bir etirazım yoxdur”, - Tramp əlavə edib.

Tramp Maskın zənginə cavab verib-verməyəcəyini dəqiq deməyib. O, jurnalistin sualını cavablandırarkən vurğulayıb: “Mən bunu demək istəmirəm” .

Ağ Evin mətbuat katibi Kerolayn Livitt iyunun 8-də bildirib ki, Tramp yaxın günlərdə Mask ilə danışmaq niyyətində deyil.

Səlcuq