“Flamingo” Ukraynanın sahib olduğu ən uğurlu silahdır” – Zelenski
Ukrayna dövləti 3000 km məsafəyə uçan “Flamingo” raketini uğurla sınaqdan keçirib.
SAVASHMEDİA.az “Babel” portalına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə deyib.
Onun sözlərinə görə, “Flamingo” hazırda Ukraynanın sahib olduğu ən uğurlu silahdır. Bu raket dekabrın sonunda və ya yanvar-fevralda kütləvi şəkildə istehsal olunacaq.
“Sınaqların uğuruna, bu proqramın maliyyələşdirilməsinə baxmaq lazımdır. Məncə, yüzlərlə raketdən istifadə etmək imkanımız olana qədər bu barədə çox danışa bilmərik”, - deyə Zelenski əlavə edib.
Xatirə SADİQ
Fotoda Flaminqo raketi