"Ümid edirəm ki, Mask Ağ Evdə narkotik qəbul etməyib" - Tramp

ABŞ prezidenti Donald Tramp İlon Maskla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Jun 10, 2025 - 05:51
"Ümid edirəm ki, Mask Ağ Evdə narkotik qəbul etməyib" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti ümid etdiyini bildirib ki, bu yaxınlara qədər Hökumətin Səmərəliliyi İdarəsinə nəzarət edən amerikalı sahibkar İlon Mask Ağ Evdə narkotik qəbul etməyib.

Vaşinqton administrasiyasının rəhbəri bu barədə jurnalistin sualını belə cavablandırıb:

"Mən bunu həqiqətən bilmirəm. Amma belə düşünürəm ki, etməz. Ümid edirəm ki, belə bir şey olmayıb. Baxın, mən ona yaxşılıq arzulayıram,bizim yaxşı münasibətimiz var idi. Amma belə alındı".

Amerika liderindən Mask ilə ABŞ-nin maliyyə naziri Scott Bessent arasındakı əlbəyaxa dava haqqında da soruşublar:

"Xeyr, mən belə bir şey görməmişəm.. Mask mübahisə edib. Amma mən heç bir fiziki zorakılıq görmədim".

Oğuz