Medvedev qisas andı içdi - "Narahat olun, intiqam yaxındadır"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qisas andı içib.
SAVASHMEDİA.az xəbər verir ki, Medvedev Telegram kanalında “intiqam qaçılmazdır” mesajını verib.
O, bunu iyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına pilotsuz təyyarə ilə hücumuna cavab olaraq bildirib.
"Narahat olan və qisas gözləyən hər kəsin diqqətinə! Doğru edirsiniz, narahat olmaq lazımdır. Qisas qaçılmazdır. Partlaya bilən hər şey mütləq partladılacaq, məhv edilməli olanlar isə yox olacaq", - Medvedev yazıb.
Medvedev həmçinin bəyan edib ki, İstanbulda danışıqlar “kimlərinsə uydurduğu qeyri-real şərtlər üzərində kompromislərlə sülh əldə etmək üçün deyil. Bu, Rusiya ordusunun tezliklə qələbəsi və “neonasist hökumətinin tamamilə məhv edilməsi” üçün lazımdır.
Onun sözlərinə görə, danışıqlarda təqdim olunan Rusiya memorandumunun məqsədi də budur.
Oğuz