“Trampı çox da səbrli adam deyil” - amerikalı diplomat
“Ukraynadakı münaqişəyə münasibətdə ABŞ prezidenti Donald Trampın səbri tükənib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak NTV telekanalına müsahibəsində bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə, ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə dördtərəfli görüş keçirmək təşəbbüsünə münasibət bildirərkən diplomat qeyd edib ki, Amerika prezidentinin adından danışa bilməz. Lakin hesab edir ki, bu, effektiv qərarların veriləcəyi və təhlükəsizliyin təmin ediləcəyi məzmunlu görüş olmalıdır.
Diplomatın fikrincə, münaqişənin hər iki tərəfi ilə əlaqə saxlamaqla nizamlanma prosesində əsas rol oynayan Türkiyə bütün maraqlı tərəflər üçün ağlabatan həll yolu tapmaq üçün lazım olan məsələlərin dairəsini daraltmağa kömək edə bilər.
“Prezident Trampın səbri artıq sona yaxınlaşıb, onu çox da səbirli adam adlandırmaq olmaz. İndi Türkiyə işə qarışdığına və operativ problemlərini həll etdiyinə görə liderlərin zirvə toplantısı ola bilər. Və düşünürəm ki, biz bu məsələni hamı üçün həll edə bilərik”, - deyə Barak əlavə edib.
Xatirə SADİQ