Məhkəmə "MELİSSA Group"un rəhbərini həbs etdi

“Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Mar 29, 2025 - 15:26
Məhkəmə "MELİSSA Group"un rəhbərini həbs etdi

SAVASHMEDİA.az xəbər verir ki, martın 29-də Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, "Melissa Group"un rəhbəri Məmmədov Qalib Nurulla oğlu barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində yerləşən evin bir hissəsinin dağıdılmasına görə cinayət məsuliyyətinə cəlb olunub.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Məmmədov saxlanılıb.