Məhkəmə prezidentin həbsinə order verdi

Cənubi Koreyada məhkəmə səlahiyyətləri dayandırılmış prezident Yoon Seok-Yeolun həbsinə order verib.

Dec 31, 2024 - 08:08
Məhkəmə prezidentin həbsinə order verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ötən gün müstəntiqlər Yoon Seok Yeolun hərbi vəziyyətin tətbiqi ilə bağlı üç dəfə dindirilməyə gəlməməsi səbəbilə onun həbsinə order tələb etmişdilər.

Cənubi Koreya tarixində ilk dəfədir ki, prezidentlik postunu hələ tam tərk etməmiş şəxs barəsində həbs qərarı çıxarılır.