Türkiyədə həbsxanadan qaçmış Sığırçıkoğlu YAXALANDI - Müxaliflərin qənimi... + FOTO

Suriyada müxalif hərbçilərinin tutularaq hakimiyyətə təhvil verilməsi ilə bağlı cinayıt işində təqsirləndirilən Öndər Sığırçıkoğlu saxlanılıb.

Mar 30, 2026 - 20:06
Mar 30, 2026 - 20:07
Türkiyədə həbsxanadan qaçmış Sığırçıkoğlu YAXALANDI - Müxaliflərin qənimi... + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, o, Suriya-Livan sərhədində keçirilən birgə əməliyyat zamanı yaxalanıb.

Əməliyyatın Türkiyə və Suriya kəşfiyyat xidmətlərinin iştirakı ilə həyata keçirildiyi bildirilir.

Xatırladaq ki, Sığırçıkoğlu 2011-ci ildə iki müxalif komandiri - Hüseyn Harmuş və Mustafa Qasumu Suriya hakimiyyətinə təhvil vermiş və adıçəkilən şəxlər həbsdə ölmüşdü.

Bundan sonra həbs olunan Sığırçıkoğlu 2014-cü ildə Türkiyə həbsxanasından müəmmalı şəkildə qaçıb və o vaxtdan bəri beynəlxalq axtarışdadır.

Oğuz

Öndər Sığırçıkoğlu