Məktəb hücumlarına görə “Yeraltı” serialı dayandırılır? - Kanaldan AÇIQLAMA

Zorakılıq səhnələrinin olduğu türk seriallarının efirdən yığışdırılması ilə bağlı müzakirələr səngimək bilmir. 

Apr 18, 2026 - 12:41
Apr 18, 2026 - 15:59
Məktəb hücumlarına görə “Yeraltı” serialı dayandırılır? - Kanaldan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, xüsusilə, “Yeraltı” serialının yayımının dayandırılacağı iddiaları sosial mediada rezonans doğurub və tamaşaçılar arasında müzakirələr yaradıb.

Mövzuya aydınlıq gətirən jurnalist Birsen Altuntaş bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, NOW TV-də yayımlanan serialın dayandırılması ilə bağlı hər hansı qərar yoxdur.

Xatırladaq ki, son günlər Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumları televiziya məzmunlarında zorakılıq məsələsini yenidən gündəmə gətirib. Bu hadisələrdən sonra bəzi seriallarda zorakılıq səhnələrinin çoxluğu tənqid olunub, hətta müəyyən layihələrin dayandırılması ilə bağlı çağırışlar səsləndirilib.

Bununla belə, “Yeraltı” serialı yayımını davam etdirəcək. Sadəcə, növbəti bölümlərdə silah və zorakılıq səhnələrinin təqdimatında daha həssas və diqqətli yanaşma tətbiq olunacaq.

Aytən