"Məncə, Lavrov İsa Məsih anadan olandan bəri..." - NATO-nun baş katibindən istehza
NATO-nun baş katibi Mark Rutte Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Atlantika Alyansının gözlənilən “dağılması” ilə bağlı son bəyanatlarını şərh edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bəyanatı şərh edən Rutte əvvəlcə ABŞ prezidenti Donald Trampı və onun administrasiyasını NATO-nun müdafiə xərclərinin artırılmasında uğurlarına görə təbrik edib.
"Lavrov, məncə, İsa Məsih anadan olandan bəri Rusiyanın xarici işlər naziridir. Və o vaxtdan bəri onun ağzından faydalı heç nə çıxmayıb. Ona görə də cənab Lavrovun sözlərinə çox da əhəmiyyət vermək lazım deyil", - deyə NATO-nun baş katibi istehza ilə bildirib.
Xatırladaq ki, iyunun 25-də NATO sammitində Alyans ölkələri Rusiyanı uzunmüddətli təhlükə kimi tanıyaraq, ÜDM-in 5%-dən az olmayaraq müdafiəyə ayrılmasına razılıq vermişdilər.
Oğuz