Türkiyədə təyyarə qəzası - Mehmet Demirci və xanımı yoxa çıxıb
Türkiyədə təyyarə qəzaya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Ərzurumun Bayburtla sərhəddə yerləşən Pazaryolu məhəlləsində baş verib.
Məlumata görə, dünya turuna çıxan türkiyəli pilot Mehmet Demircinin idarə etdiyi M20J tipli şəxsi təyyarə dağa çırpılaraq sıradan çıxıb.
Təyyarənin göyərtəsində Mehmet Demircinin həyat yoldaşının da olduğu bildirilib. Hadisə yerinə xilasedicilər göndərilib. Pilot və xanımının axtarışları davam etdirilir.
Qeyd edək ki, 57 yaşlı pilot Mehmet Demirci elektrik mühəndisidir.
Banu