Məşhur aktyor vəfat etdi - FOTO 

İranlı tanınmış aktyor Homayun Ərşadi 78 yaşında vəfat edib.

Nov 11, 2025 - 14:33
Məşhur aktyor vəfat etdi - FOTO 

SAVASHMEDİA.az apa-ya istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat yayıb.

Məlumata görə, Ərşadi xərçəng xəstəliyindən dünyasını dəyişib.

1947-ci ildə İsfahanda anadan olan Homayun Ərşadi “Albalı dadı”, “Beşinci reaksiya”, “Çərpələng uçurtmaçısı” və “Başqa yerdə” kimi məşhur filmlərdə rol alıb.

Onun baş rolunu ifa etdiyi “Albalı dadı” filmi 1997-ci ildə Kann Film Festivalında “Qızıl Palma Budağı” mükafatına layiq görülüb.

Homayun Ərşadi Venesiya Film Festivalında aktyorluq kateqoriyasında “Mavi silsilə” Fondunun mükafatını qazanıb, həmçinin İran və ABŞ-da bir neçə film mükafatına namizəd göstərilib.

O, bir müddət İtaliyada yaşayaraq memarlıq təhsili alıb, 11 ildən sonra İrana qayıdıb.

Homayun Ərşadi