Məşhur aktyor xərçəng xəstəliyindən öldü - FOTOLAR
“Emmi” mükafatlı məşhur aktyor Tristan Rocers vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, 79 yaşlı aktyor ağciyər xərçəngindən əziyyət çəkib. Ona xərçəng xəstəliyi diaqnozu ötən il qoyulub.
Rocersin meneceri Meryl Sodak bildirib ki, aktyor heç vaxt siqaret çəkməyib. Buna görə də diaqnoz onları çox təəccübləndirib.
Qeyd edək ki, “General Hospital” filmindəki rolu ilə məşhurlaşan Tristan Rocers “The Bay”, “The Bold & the Beautiful”, “The Young & the Restless” və “Studio City” seriallarında da rol alıb. Aktyor "Studio City"də "Doc" obrazına görə “Ən Yaxşı Köməkçi Aktyor” kateqoriyası üzrə “Emmi” mükafatına layiq görülüb.
Banu