Məşhur müğənni ağır xəstəlikdən əziyyət çəkir: “Mikrofon tuta bilmirəm...” - FOTO

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe ağır xəstəlikdən əziyyət çəkir.

Jul 23, 2025 - 23:15
Jul 23, 2025 - 23:17
Məşhur müğənni ağır xəstəlikdən əziyyət çəkir: “Mikrofon tuta bilmirəm...” - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib.

Y.Tilbe bildirib ki, yüksək təzyiq (hipertoniya) xəstəsidir. Əvvəlcə bu xəstəliyə ciddi yanaşmayıb, lakin xəstəlik ona hər cəhətdən mane olmağa başlayanda həkimə müraciət etməyə məcbur qalıb. 

59 yaşlı müğənni həkimin qoyduğu qadağalardan da danışıb:

“Çox ağır xəstəlik imiş. Müalicə alıram. Həkim plates və yoqanı məsləhət görüb. Yaşımla əlaqəli sümüklərim qısalıb. Mikrofon belə tuta bilmirəm. Həkim də qadağan edib. Təzyiq xəstəliyi ilə mübarizə çox çətindir. Bütün xəstələrə şəfa diləyirəm”.

Banu

Fotoda Yıldız Tilbe