Şeyx xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Şeyx Əbdül Mahmudov bu gün səhər saatlarında özəl klinikaların birinə yerləşdirilib.

Jan 30, 2026 - 01:09
Şeyx xəstəxanaya yerləşdirildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda teleqraf-a Xalq artistinin özü məlumat verib.

"Bu gün səhər saatlarında xəstəxanaya yerləşdirildim. Ən böyük səhvim ev şəraitində düzgün olmayan müalicə aparmağım oldu. Hazırda peşəkar həkimlərin nəzarətindəyəm.

Əsas problemim mədə-bağırsaq sistemi ilə bağlıdır. COVID-19 keçirdikdən sonra bronxlarımda ciddi fəsadlar yaranıb. Kardioqramma aparıldı və ürəklə bağlı hər hansı problem aşkarlanmadı. Aparılan analizlərin nəticələrinə əsasən, təxminən 7 gün xəstəxanada qalmalı olacam",-deyə kinorejissor əlavə edib.

Qeyd edək ki, Şeyx Əbdül Mahmudovun 81 yaşı var.

Şeyx Əbdül Mahmudov