Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Jul 23, 2025 - 23:04
Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 24 iyul 2025-ci il tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qazın verilişi gün ərzində bərpa olunacaq.