Mirşahinin qardaşının pul aldığı şəxslərdən biri yaxın qohumu imiş - TƏFƏRRÜAT

Yardımlı Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Apr 17, 2025 - 15:26
Mirşahinin qardaşının pul aldığı şəxslərdən biri yaxın qohumu imiş - TƏFƏRRÜAT

SAVASHMEDİA.az xatırladır ki, Mirəddin Ağayev Real TV-nin rəhbəri Mirşahin Ağayevin qardaşıdır.

ixtisasca həkim olan Mirəddin Ağayev 1998-2008-ci illərdə Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, həmçinin Yardımlı Rayon Xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. Bu, onun dələduzluqla bağlı ilk cinayət işi deyil - Ağayev əvvəllər də analoji cinayətə görə məhkum olunub.

M.Ağayev əlillik pensiyası alan şəxslərin əlillik dərəcəsinin bərpası ilə bağlı dələduzluqda ittiham olunub. Qurbanlardan biri isə onun yaxın qohumudur.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilib. O, zərərçəkmişi çoxdan tanıdığını deyib: 

"Zərərçəkmiş zəng vurub kömək istədi, onun qızının əlillik təqaüdü dayandırılmışdı. Ona kömək edə biləcəyimi dedim. Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirəm, müalicəyə çox pul tələb olunur. Həmin an mənə pul lazım idi, ona 2 min manata kömək edə biləcəyimi dedim". 

Digər zərərçəkmiş isə M.Ağayevi Yardımlı rayonunda işlədiyi vaxtdan tanıdığını bildirib. Həmçinin təqsirləndirilən şəxs pensiya ödənişlərini bərpa edəcəyini vəd edərək ondan 2800 manat alıb və həmin pulu öz müalicəsinə xərcləyib.

Məhkəmənin hökmü ilə Mirəddin Ağayev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Səlcuq

Fotoda Mirəddin Ağayev