"Moskva buna sərt cavab verəcək" - Zaxarova

“Qərb ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçiriləcək görüşü ləğv etmək məqsədilə genişmiqyaslı məlumat kampaniyasına başlayıblar”.

Oct 24, 2025 - 21:21
Oct 24, 2025 - 23:14
"Moskva buna sərt cavab verəcək" - Zaxarova

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gənc Diplomatların VIII Qlobal Forumunda keçirilən “Media, Yeni Media və Diplomatiya: Çağırışlar və İmkanlar” adlı sessiyada deyib.

“Biz Budapeştdə baş tutmalı olan danışıqlarla bağlı süni intellektdən tutmuş ənənəvi media və müxbirlərə qədər hər şeyi əhatə edən informasiya hücumu gördük”, - deyə Zaxarova vurğulayıb .

O həmçinin, Aİ-nin 19-cu anti-Rusiya sanksiyalar paketini qəbul etməsi ilə bağlı şərhində Moskvanın buna təsirli, sərt tədbirlərlə cavab verəcəyini qeyd edib.

Aytən İbrahimova