Moskvadan havaya qalxan təyyarə geri qayıtdı - "Bomba var"
Rusiyanın Moskva şəhərində yerləşən Şeremetyevo hava limanından Novosibirskə uçan təyyarə geri dönməli olub.
Bu barədə rus KİV-ləri məlumat yayıb.
Məlumata görə, buna səbəb sərnişinlərdən birinin təyyarənin göyərtəsində bomba olduğunu iddia etməsi olub.
Qeyd edilir ki, hazırda axtarış aparılır. (milli.az)