Moskvaya çatacaq “Trembita” raketi hazırlanır – “The Economist”

Ukraynalı mühəndislər könüllü olaraq Moskvaya çata biləcək yeni “Trembita” raketi yaradırlar. 

Dec 24, 2024 - 10:59
Moskvaya çatacaq “Trembita” raketi hazırlanır – “The Economist”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Economist” yazıb. 

Nəşrin məlumatına görə, modellə bağlı sınaqlar artıq son mərhələsindədir və yaxın gələcəkdə onun kütləvi istehsalının başlanması planlaşdırılır.

Qeyd edilib ki, Trembita müasir qanadlı raketdir. Bu raketdə ilk dəfə 1944-cü ildə Almaniyanın V-1 bombasında istifadə edilmiş nəbz reaktiv mühərrikinin remeykindən istifadə edilib. Raketin əsas modeli 200 km-lik məsafəni 400 km/saat sürəti ilə qət edə bilir. Lakin indi ukraynalı mühəndislər Moskvaya çata biləcək təkmilləşdirilmiş versiya üzərində işləyirlər.

“Ukraynanın nə qədər irimiqyaslı xarici hərbi yardıma arxalana biləcəyi məlum deyil. Buna görə də “Trembita” Ukraynanın yerli sənayenin canlanmasına təkan verəcəyinə ümid etdiyi bir neçə raket layihəsindən biridir. Amma Ukraynanın hələ zamana ehtiyacı var, bu, kifayət etməyə bilər. Yüksək vəzifəli təhlükəsizlik məmuru deyir ki, ölkəyə Rusiyanı ciddi şəkildə təhdid edəcək sayda, uzaqmənzildə və imkanlarla raketlər istehsal etməsi üçün, ən azı, bir il lazımdır”, - nəşr yazıb.

2023-cü ilin mayında məlum olub ki, “PARS” konstruktor bürosunun mühəndisləri və “Vidsiç” ictimai təşkilatının könüllülərinin iştirakı ilə məhvetmə məsafəsi 140 km olan “Trembita” döyüş raketi hazırlanır.
  
Xatirə SADİQ