Müğənninin idmançı əri ölü tapıldı – Moskvada
Rusiyada yaşayan ukraynalı müğənni Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timma Moskva hostellərinin birində ölü tapılıb.
SAVASHNEDİA.az xəbər verir ki, bu barədə “REN” televiziyası məlumat yayıb.
32 yaşlı idmançının intihar etdiyi bildirilir. Onun cəsədinin yanında telefonu tapılıb. Telefonun ekranında müğənninin nömrəsi və “Annaya zəng et” xahişi olub.
Ölümündən bir gün öncə, dekabrın 16-da o, sosial şəbəkələrdə keçmiş xanımını doğum günü münasibətilə təbrik edib. Müğənninin 42 yaşı tamam olub.
“Komsomolskaya pravda” yazır ki, Sedokova və Timma 2019-cu ilin yayında görüşməyə başlayıblar. Timma onunla evlənmək üçün birinci həyat yoldaşını və kiçik oğlunu tərk edib. 2020-ci ilin sentyabrında onlar ailə qurublar.
Amma bu ilin oktyabr ayında Sedokova boşanmaq üçün ərizə verib. Birgə uşaqları olmayan cütlük 9 dekabr 2024-cü ildə rəsmən ayrılsalar da bir-birləri ilə əlaqə saxlayıblar.
2019-cu ildən “Ximki” klubunda çıxış edən latviyalı basketbolçu 2024-cü ilin fevralından İspaniyanın “Obradoiro” klubunun oyunçusu olub.
Xatirə SADİQ