Putin üzr istəyib iclası tərk etdi - Zəng edən Trampdır? + VİDEO
Rusiya prezidenti Vladimir Putin xaricdən gələn zəngə görə Strateji Təşəbbüslər Agentliyinin (ASİ) Müşahidə Şurasının iclasını yarımçıq tərk edib.
SAVASHMEDİA.az-ın məlumatına görə, Putin zəngin kimdən gəldiyini açıqlamasa da, tezliklə qayıdacağını deyib:
“İclas iştirakçılarından üzr istəyirəm. Beynəlxalq telefon danışığına ehtiyac yaranıb, ona görə də mən təxminən beş dəqiqə ekrandan uzaqlaşmalı olacağam".
O, görüşü dayandırmamağa və işi davam etdirməyə çağırıb. "Mən telefonla danışacam və qayıdacağam" - Putin deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp inauqurasiyadan sonra rusiyalı həmkarına mümkün qədər tez zəng edəcəyinə söz verib. Bu isə Rusiya sosial şəbəkələrində zəngin məhz Trampdan gəldiyi barədə ehtimalların səsləndirilməsinə səbəb olub.
Oğuz