Şəmsi Səmədzadə saxlanılması ilə bağlı DANIŞDI - "Həmyerlilərimiz oyun qurmuşdu" + VİDEO

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Jan 23, 2025 - 14:47
Jan 23, 2025 - 20:59
Şəmsi Səmədzadə saxlanılması ilə bağlı DANIŞDI - "Həmyerlilərimiz oyun qurmuşdu" + VİDEO

SAVASHMEDİA.az-ın verdiyi xəbərə görə, yerli mediada Səmədzadənin bir neçə gün əvvəl həbsdən çıxdığı bildirilsə də, o ötən il dekabrın sonunda azadlığa buraxılıb. 

Şəmsi Səmədzadə Ajans.az-ın baş redaktoru, jurnalist Tural Müseyibova müsahibə verib. O, bildirib ki, həbsinin detalları və səbəbləri barədə danışmaq istəmir:

“Bu məsələni artıq arxada qoymuşam. Həyatımı yenidən qurmağa və işlərimə davam etməyə fokuslanmışam,” – deyə iş adamı qeyd edib.

Qeyd edək ki, Şəmsi Səmədzadə Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Lakin Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə o, azadlığa buraxılmışdı.