Müharibədə Rusiya tərəfindən döyüşən azərbaycanlı öldürüldü

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.

Aug 23, 2025 - 02:13
Müharibədə Rusiya tərəfindən döyüşən azərbaycanlı öldürüldü

SAVASHMEDİA.az xəbər verir ki, Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı, 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub.

O, bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.

Rasim Kazımovun meyitinin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Rasim Kazımov subay olub.

Rasim Kazımov