"Nə yazıblar ki? İndi kənardayam" - Prezidentin dünən işdən çıxarılan mətbuat katibi
Ötən gün Prezidentin Mətbuat katibi Azər Qasımov vəzifəsindən azad edilib.
SAVASHMEDİA.az xəbər verir ki, manset.az işdən çıxarılan Azər Qasımovun bundan sonra hansı işlə məşğul olacağını öyrənmək məqsədilə onunla əlaqə saxlayıb.
O, açıqlamasında bu barədə danışmaq istəməyib:
"Bu saat kənar yerdəyəm. Nə yazıblar ki? Mən indi çox məşğulam" - deyə Azər Qasımov bildirib.
Daha sonra jurnalistin "Siz ölkəmizin tarixində baş verən böyük hadisələr fonunda mətbuat katibi kimi o qədər də fəal deyildiniz?" sualına Azər Qasımov cavab verməyib.