"Neftçi"nin istefaya göndərdiyi Qriqorçuk danışdı - "Məqsədlərinə çatsınlar"
"Neftçi"dən istefaya göndərilən Roman Qriqorçuk bununla bağlı fikirlərini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, "Futbol 2.0" Yutub kanalına danışan ukraynalı mütəxəssis deyib ki, uğursuzluqlardan sonra komandadan getməkdən başqa çıxış yolu olmayıb:
“Neftçi”nin rəhbərlərinə təşəkkür edirəm. Azərbaycana bir məqsədlə getmişdim - ümid edirdim ki, çempion olub Çempionlar Liqasında oynayacağıq. Amma 9 turdan sonra “Neftçi” heç bir qələbə qazana bilmədi. Belə bir vəziyyətdə ayrılmaqdan başqa bir variant ola bilməzdi. “Neftçi”yə uğurlar arzulayıram, məqsədlərinə çatsınlar".
R.Qriqorçuk qarşıdakı planları ilə bağlı da fikirlərini bölüşüb: "Mənim prioritetim təbii ki, Ukraynada qalmaqdır. Mən bunu əvvəllər də etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı istisna var idi. Əslində bunu planlaşdırmamışdım, ancaq nədənsə bu seçim yarandı. İdeyalarımı həyata keçirmək istəyirəm”.
Xatırladaq ki, "Neftçi" Roman Qriqorçukun rəhbərliyi alıtnda Misli Premyer Liqasında 9 oyun keçirib və heç birində qələbə qazana bilməyib. Komanda cəmi 5 xalla 9-cu pillədə qərarlaşıb.