Norveçli nazir Sergey Lavrova – “Heç kəsi aldada bilməzsiniz”
Norveçin xarici işlər naziri Espen Bart Eyde rusiyalı həmkarı Sergey Lavrovun ATƏT-in Nazirlər Şurasının iclasında çıxışını tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, nazirin bəyanatını Norveç hökumətinin mətbuat xidməti dərc edib.
“Lavrovun bəyanatı paralel kainatın sübutuna oxşayırdı. Ancaq bununla heç kəsi aldada bilməzsiniz. Biz, əlbəttə ki, nə baş verdiyini dəqiq bilirik”, - deyə Eyde bildirib.
Norveçli nazir Rusiyanı digər dövlətlərin bütövlüyünə hörmətsizlikdə ittiham edib. Ukraynanın qalib gələcəyinə əmin olduğunu vurğulayan Eyde əlavə edib ki, Ukraynanın prinsipləri bir çox ölkələr, o cümlədən Norveç tərəfindən dəstəklənir.
Xatırladaq ki, ATƏT-in xarici işləır nazirlərinin toplantısı 5-6 dekabr tarixlərində Maltada keçirilib.
Xatirə SADİQ