Növbəti 8 rus KİV-nə sanksiyalar tətbiq olundu – Aİ 

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində birlik ölkələrində daha səkkiz rus KİV-nin fəaliyyətini qadağan edəcək. 

Feb 20, 2025 - 17:34
Növbəti 8 rus KİV-nə sanksiyalar tətbiq olundu – Aİ 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “EUObserver” məlumat yayıb. 

Məlumata görə, “TASS” dövlət xəbər agentliyi, Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı və “Krasnaya Zvezda” qəzeti, Kremlyönlü xəbər portalları olan “EADaily”, “Lenta.ru” və “NewsFront”, “RuBaltic”, “SouthFrontcusracy” saytı, eləcə də Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqəli olan və Xarici Kəşfiyyat Xidməti tərəfindən idarə olunan “Strateji Mədəniyyət Fondu”nun nəşrinə məhdudiyyətlər tətbiq olunacaq.

Aİ Rusiya mediasına qarşı sanksiyaları Ukraynada vəziyyəti sabitsizləşdirən və Avropa ölkələrinin informasiya təhlükəsizliyini təhdid edən Kremlin təbliğatına qarşı mübarizənin zəruriliyi ilə əsaslandırır. Rusiya Ukraynaya qarşı təcavüzünü və dezinformasiya kampaniyasını dayandırana qədər məhdudiyyətlərin qüvvədə qalacağı gözlənilir.

Aİ indiyədək bir sıra Rusiya KİV-lərinə qarşı sanksiyalar tətbiq edib. Onların arasında “RİA Novosti”, “İzvestiya”, “Rossiyskaya qazeta”, Çexiyada yerləşən “Avropanın səsi” portalı, “Sputnik”, RT, “Tsargrad”, “Spas”, MIA “Rossiya Segodnya”, “Oriental Review”, “New Eastern Outlook” və “Katehon”, RT English, RT UK, RT Germany, RT France, RT Spanish, NTV, “Rusiya 1”, “Pervı” kanal və “REN” TV var. 

Xatirə SADİQ