Putin Türkmənistana səfər edəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Türkmənistana iki günlük səfər edəcək. 

Dec 11, 2025 - 13:02
Putin Türkmənistana səfər edəcək

SAVASHMEDİA.az xəbər verir ki, Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya liderini Türkmənistan prezidenti Serdar Berdımukqamedov dəvət edib.

Rusiya lideri paytaxt Aşqabadda keçiriləcək  tədbirlərdə iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Məlumata görə, Putin "Beynəlxalq sülh və etimad ili", Beynəlxalq Neytrallıq Günü və ölkənin daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak edəcək, onun xarici ölkələrin liderləri ilə ikitərəfli görüşlər də gözlənilir.

Aytən