"O xanımların həyatını məhv etmişəm" - Ferhat Göçer hər şeyi danışdı 

Türkiyənin məşhur müğənnisi Ferhat Göçer şəxsi həyatı ilə bağlı açıqlama verib.

May 2, 2025 - 15:30
"O xanımların həyatını məhv etmişəm" - Ferhat Göçer hər şeyi danışdı 

SAVASHMEDİA.az xəbər verir ki, sevilən ifaçı evliliklərindən və peşəsindən danışıb.

O bildirib ki, həkim peşəsini seçməyinə səbəb qardaşıdır:

“Səbəb qardaşım Sərkandır. Sətəlcəmdən öləndə bir yaşı belə yox idi. Həkimlikdən də ona görə uzaqlaşmamışam. Məncə, sonradan 3 bacımın doğulmasının səbəbi də qardaşım Serkandır. Anamla bu barədə danışmamışam, amma özümü onların yerinə qoyuram, yəqin, istəyiblər ki, bir oğulları olsun, adını Serkan qoysunlar, onu unuda bilmədikləri üçün, xatirəsini yaşatmaq üçün. Yoxsa iki müəllim, imkansızlıq içində yaşayan ailə 4 uşaqla çətin dolanar”.

F. Göçer evliliklərinin bitməsində özünün günahkar olduğunu qeyd edib:

“Peşmanam amma, evliliklərimə görə yox. Bir-birindən dəyərli iki övladım var. Fəlakət kimi bir insanam. Bəlkə, o xanımların da həyatını məhv etmişəm. Günahların hamısı məndədir. Keçmişə qapılıb qalan biriyəm, ən böyük problemim budur. Ona görə də işimlə daha çox məşğul oluram.Yoxsa o bataqlıqda boğula bilərəm”.

Həmişə eşqdən yazan, oxuyan müğənni eşqi belə mənalandırıb:

“Eşq xəstəlikdir. Nəzarət altında olmalıdır, nəzarətdən çıxsa, insanı fəlakətlərə aparar. Birlikdə olduğumuz ilk 7 ildə Ömürə dəli kimi aşiq idim. Şanslı insanam. Aşiq olduğunuz insanla birlikdə olmaq, sonra onu yol yoldaşlığına çevirmək asan deyil, həm şans, həm də bacarıq lazımdır. Ruh əkizi anlayışı mənə görə fantastik bir şeydir. Ömürlə heç bir ortaq cəhətimiz yoxdur. Deməli, 18 ildir birlikdə olmağımızın başqa səbəbi var”.

Qeyd edək ki, müğənni 3 dəfə ailə qurub. İlk xanımından Yağmur(1997) adlı qızı, üçüncü xanımından Can(2006) adlı oğlu var. İfaçının birinci və ikinci xanımı həkim olub. Yazıçı Ömür Gediklə isə 18 ildir eşq yaşayır.

Banu