Onlar da Mehdiyevin güdazına gedəcək - Abdin Fərzəliyev və Şahmar İbadov

4 aylıq ev dustaqlığı cəzasına məhkum edilmiş Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə bağlı olan məmurlar şəbəkəsinin zərərsizləşdiriləcəyi gözlənilir.

Oct 23, 2025 - 18:03
Onlar da Mehdiyevin güdazına gedəcək - Abdin Fərzəliyev və Şahmar İbadov

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu prosesdə bir sıra icra başçılarının da "vurulacağı" səsləndirilən proqnozlar arasındadır.

Məlumata görə, Mehdiyevə bağlı olduğu iddia edilən icra başçılarının siyahısı genişdir, odur ki, bir müddət sonra ciddi kadr dəyişikliyinə şahidlik edə bilərik.

Bu sırada adı daha çox hallananlardan biri isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

 Fotoda Abdin Fərzəliyev

Onun Həştərxan vilayətindəki biznes strukturları da Abdin Fərzəliyevin Rusiya hakimiyyəti tərəfindən dəstəkləndiyi iddialarını gücləndirir.

Mehdiyevin güdazına gedəcək daha bir məmur isə Şahmar İbadovdur. Xatırladaq ki, Şahmar İbadov Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olarkən Abdin Fərzəliyevin müavini olub.

Fotoda Şahmar İbadov

Abdin Fərzəliyevin onu vəzifəsindən azad etdikdən sonra isə Şahmar İbadov Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri təyin edilib.

Oğuz