Tramp Qəzzaya səfər edəcək – “Çox istəməsəm də...”
ABŞ Prezidenti Donald Tramp Qəzzaya səfər edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri bunu “Time” jurnalına verdiyi müsahibəsində bildirib.
O qeyd edib ki, amerikalı tərəfdaşlar Qəzza sektorunun bərpası üçün plan hazırlayırlar:
"Bəli, gedəcəyəm. Bilirsiniz ki, Sülh Şurası artıq yaradılıb. Çox istəməsəm də, məndən ona sədrlik etməyi tələb ediblər. Sülh Şurası çox nüfuzlu insanlardan təşkil olunub və Yaxın Şərqdə böyük gücə malik olacaq”.
Qeyd edək ki, Trampın 20 bəndlik sülh planında Qəzzanın texnokratik, apolitik Fələstin komitəsindən ibarət müvəqqəti keçid hökuməti tərəfindən idarə olunması nəzərdə tutulur. Keçid hökumətinə Trampın sədrlik etdiyi Sülh Şurası nəzarət edəcək.
Banu