Özgür Özəl bu şirkətləti də boykot siyahısına saldı, biri son anda qurtuldu + SİYAHI
Xəbər verdiyimiz kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün Maltəpə meydanında “Əkrəm İmamoğluya azadlıq” mitinqi təşkil edib.
SAVASHMEDİA.az xəbər verir ki, 2,2 milyon insanın qatıldığı mitinqdə CHP-nin başqanı Özgür Özəl yeni boykot siyahısını açıqlayıb.
Özəl əvvəlcə “Doğuş Qrupu”na daxil olan “NTV” kanalına mitinqi göstərmələri üçün 4 dəqiqə vaxt verib. Vaxt tamamlanan kimi boykot siyahısını təqdim edib.
"NTV”, “Star TV”, “Kral FM”, “Günaydın Restoranı”, “Nusret”, “Volkswagen” və “Audi” boykot siyahısına daxil edilib:
"Bu andan etibarən NTV-ni izləməyəcəyik. NTV-yə reklam verənlərin məhsulunu almayacağıq. Star TV, Kral FM-i izləməyəcəyik. Günaydın restoranına getməyəcək, Nusretin qapısından da keçməyəcəyik. Doğuş Qrupu avtomobil də satır. Satdıqları avtomobilləri almayacağıq. Maltəpəni görməyənlər satış üzü görməyəcəklər. Söz verirəm”.
Özgür Özəlin siyahını açıqladığı anda “Habertürk” kanalı mitinqi canlı yayımlamağa başlayıb:
“Habertürk boykotun eşiyindən döndü” – CHP başqanı bildirib.
Qeyd edək ki, CHP İmamoğlunun azadlığa buraxılması ilə bağlı ötən həftə də mitinqlər keçirib. Maltəpə mitinqində hər həftənin çərşənbə günü İstanbulda, həftəsonları isə bölgələrdə mitinq çağırışı edilib.
Səlcuq