Özgür Özəli yumruqla vuranın kimliyi bilindi - Övladlarını da öldürübmüş + VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edilib.

May 4, 2025 - 15:10
Özgür Özəli yumruqla vuranın kimliyi bilindi - Övladlarını da öldürübmüş + VİDEO

Hadisə Türkiyə Milli Məclisinin (TBMM) spikeri, DEM partiyasının İstanbuldan seçilmiş millət vəkili Sırrı Süreyya Öndərin vida mərasimində baş verib.

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sədrini yumruqlayan şəxsin kimliyi məlum olub. 

Məlumata görə, həmin şəxs Səlcuq Təngioğludur. İstanbul Baş Prokurorluğu Təngioğlunun saxlanıldığını bildirib. 

Təngioğlu ilə bağlı dəhşətli bir fakt da məlum olub. 

Belə ki, 66 yaşlı Təngioğlu 2004-cü ildə Hatayda iki övladını öldürüb. Həmin vaxt 45 yaşında olan Təngioğlu həyat yoldaşı Ayyuşun onu tərk etməsindən sonra 17 yaşlı qızı Mutlunu və 19 yaşlı oğlu Barışı tapança ilə qətlə yetirib. 

Bundan başqa Təngioğlunun narkotik istifadəsi və satmaq, ailədaxili şiddət, cinsi istismar və polisə müqavimətdən dəfələrlə saxlanıldığı məlum olub.

Banu