"Paşinyan erməni xalqına yalan danışır" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni qaz tranziti marşrutu ilə bağlı açıqlamasına münasibət bildirib.

May 31, 2026 - 19:28
"Paşinyan erməni xalqına yalan danışır" - Lukaşenko

SAVASHMEDİA.az xəbər verir ki, Lukaşenko məsələnin detalları barədə ciddi sualların olduğunu qeyd edib:

“Bunun nə vaxt baş verəcəyi sual altındadır. İnsanlar təfərrüata varmırlar. Bu borular haradan keçəcək? Bilmək istərdim ki, o, öz xalqına niyə yalan danışır”.

O, həmçinin Rusiyanın Ermənistana təbii qazı daha ucuz qiymətə satdığını vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, Moskva İrəvana qazı min kubmetr üçün təxminən 150–160 dollara təqdim edir, Avropa İttifaqında isə bu rəqəm 550–650 dollar arasında dəyişir.

“Hazırda Ermənistanda baş verənlərdən müəyyən dairələr fayda götürür”, - Belarus lideri əlavə edib.

Aytən