Paytaxt meri həbs olundu – Albaniyada
Albaniyanın xüsusi məhkəməsi Tirananın meri Erion Veliayı və başqalarını korrupsiya ittihamı üzrə həbs edib.
SAVASHMEDİA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.
Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi Məhkəməsi yüksək vəzifəli məmurların və siyasətçilərin işlərini araşdırır.
Məhkəmə 48 saat ərzində merin və digər məhbusların araşdırma mərhələsində həbsdə qalıb-qalmayacağına qərar verməlidir.
Veliay dövlət pullarını şirkətlərə verməklə dövlət büdcəsindən ən azı 1,1 milyon avronun ayrılması ilə bağlı korrupsiyada ittiham olunur və bu, onun ailəsinə qanunsuz gəlir gətirib.
Mer vəzifəsini ikinci müddətdə icra edən Veliay həm də baş nazir Edi Ramanın kabinetində nazir vəzifəsində çalışıb. O, hakim Sosialist Partiyasının üzvüdür.
Alban müxalifəti mütəmadi olaraq hazırkı baş nazir Edi Ramanın hökumətinə qarşı etiraz aksiyaları keçirir, onu hakimiyyəti qəsb etməkdə ittiham edir.
Xatırladaq ki, ötən ilin payızında Albaniyanın ən böyük müxalifət partiyasının lideri, keçmiş prezident və baş nazir Sali Berişa korrupsiyada rəsmən ittiham olunub.
Xatirə SADİQ