Tramp bu həftə Zelenski ilə danışacaq

ABŞ prezidenti Donald Tramp bu həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacağını bildirib.

Feb 11, 2025 - 11:08
Tramp bu həftə Zelenski ilə danışacaq

SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə “Azad Avropa/Azadlıq Radiosu” (RFE/RL) məlumat yayıb. 

Amerikalı president həm də Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsinin qarşıdan gələn səfərinə diqqəti cəlb edib. 

Trampın bəyanatı fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransına hazırlıq fonunda səslənib. Ağ Ev həmin konfransa Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə Kit Kelloqu göndərəcək və o, konfrans çərçivəsində Zelenski ilə şəxsən görüşməyi planlaşdırır. Görüşdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də iştirak edəcəklər. 

“Associated Press”ə müsahibəsində Kelloq deyib ki, gözləntilərini müttəfiqlərə çatdıracaqlar: “Biz Münhendən qayıdanda prezidentə variantlar təqdim etmək istəyirik ki, o (birbaşa), sülh prosesinə qoşulduqda, bunun onun üçün necə görünəcəyini bilsin. Prosesin necə işlədiyini bildiyimiz üçün hamımız bir araya gəlsək və bunu qrup şəklində müzakirə etsək, yəqin ki, Zelenski üçün daha yaxşı olardı”, - deyə Kelloq vurğulayıb.

Xatirə SADİQ