Peskov jurnalistləri səbirli olmağa çağırdı 

“Hələlik Ukrayna məsələsi ilə bağlı ABŞ-dən heç bir əsaslı təklif yoxdur”.

Feb 7, 2025 - 17:12
Peskov jurnalistləri səbirli olmağa çağırdı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “TASS”a deyib. 

Jurnalistləri səbirli olmağa çağıran Kremlin sözçüsü qeyd edib ki, hazırda bu mövzuya əlavə edəcəyi heç nə yoxdur. 

“Ertəsi gün təkzib edilən, dəyişdirilən və ya saxta olduğu elan edilən çoxlu bəyanatlar və xəbərlər var. Hər belə xəbərə cavab vermək imkanı və ya istəyi yoxdur. Bu məsələdə əsaslı nəsə olana qədər, sadəcə, səbirli olmaq lazımdır”, - deyə Peskov vurğulayıb.

Qeyd edık ki, ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Post”a müsahibəsində bildirib ki, Donald Tramp Ukraynadakı münaqişənin həlli üzrə danışıqlara başlamaqdan əvvəl qanın axıdılmasını dayandırmaq istəyir.

Xatirə SADİQ