Müstəntiqlər merin cəsədini zibilxanada axtarır - Nəvə inadla susur

Müstəntiqlər Samara yaxınlığındakı zibil poliqonunda qətlə yetirilən keçmiş Samara meri Viktor Tarxov və onun həyat yoldaşı Nataliyanın cəsədlərini axtarırlar. 

Feb 7, 2025 - 17:33
Müstəntiqlər merin cəsədini zibilxanada axtarır - Nəvə inadla susur

SAVASHMEDİA.az xəbər verir ki, müstəntiqlər cəsədlərin məhz orada olacağına əmindirlər.

Məlum olduğu kimi, Tarxovların nəvələri Yekaterina tərəfindən öldürüldüyü təxmin edilir. Faktla bağlı saxlanılan nəvə isə inadla susur və istintaqa heç bir məlumat vermir.  

Mənzildə isə meyit tapılmayıb. Binanın girişindəki kamera Tarxovun nəvəsi Yekaterinanın evdən bir neçə dəfə iri zibil torbaları ilə çıxardığını qeyd edib. İstintaqın məlumatına görə, qız öldürülmüş babasının və nənəsinin bədən hissələrini zibil qablarına atıb.

Odur ki, müstəntiqlər hadisə yerində cəsədlərin axtarışı üçün işə başlayıb. GPS sensorlar sayəsində axtarış zonası təqribən müəyyən edilib.

“Hər bir zibil maşını GPS izləyicisi ilə təchiz olunub. Beləliklə, regional operator avtomobilin harada dayandığını onlayn izləyə və onun zibilxananın hansı hissəsində boşaldıldığını təxmini anlaya bilər”, - regional operatordan bildirib.

Əməliyyat tədbirləri zamanı zibilxana bağlanmayıb və fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Samara şəhərinin keçmiş meri Viktor Tarxovun itkin düşməsini onun müavini Aleksandr Kuznetsov aşkar edib . Tarxovun və həyat yoldaşının meyitləri hələ də tapılmayıb. Rusiya İstintaq Komitəsi “qətl” maddəsi ilə cinayət işi açıb. Tarxovun nəvəsi Yekaterina cinayəti törətməkdə şübhəli bilinərək həbs edilib.

Yağmur