Amerikanın 13 baş prokuroru Maskı məhkəməyə verir

ABŞ-nin 13 ştatı İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin (DOGE) şəxsi məlumatları ehtiva edən dövlət ödəniş sistemlərinə çıxışı ilə bağlı məhkəməyə müraciət edəcək.

Feb 7, 2025 - 17:43
Amerikanın 13 baş prokuroru Maskı məhkəməyə verir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Nəlumata əsasən, bir neçə ştatda demokratları təmsil edən baş prokurorlar cümə axşamı günü DOGE-nin amerikalıların həssas şəxsi məlumatlarını ehtiva edən federal ödəniş sistemlərinə daxil olmasını əngəlləmək üçün məhkəməyə müraciət etməyə söz veriblər.

On üç baş prokuror, o cümlədən Nyu-Yorkdan Letişa Ceyms bəyanatlarında Konstitusiyanı, məxfilik hüququnu, ölkə daxilində fərdlərin və icmaların güvəndiyi zəruri maliyyəni qorumaq üçün hərəkətə keçdiklərini bildirib.

“Dünyanın ən zəngin adamı kimi İlon Mask ona “yox” deyilməsinə alışmayıb, lakin ölkəmizdə heç kim qanundan üstün deyil. Prezident şəxsi məlumatlarımızı öz seçdiyi hər kəsə verə bilməz və o, Konqres tərəfindən təsdiqlənən federal ödənişləri kəsə bilməz” – deyə bəyanatda vurğulanıb. 

Ağ Ev cümə axşamı günortadan sonra şərh tələbinə dərhal cavab verməyib. 

DOGE-nin federal hökumətin ödəniş sistemində iştirakı ilə bağlı narahatlıqlarını ifadə edənlər arasında olan hökumət məmurları və həmkarlar ittifaqları bildiriblər ki, bu, təhlükəsizlik təhdidlərinə və ya sosial müdafiə və tibbi yardım kimi proqramlar üçün ödənişlərin buraxılmasına gətirib çıxara bilər.

Xatirə SADİQ