Peskovdan Trampın "maymaq ölkə" atmacasına cavab -“Mövzunu ona ətraflı izah etsinlər”
“BRİKS üzvləri yeni investisiya platformalarının yaradılmasını müzakirə edirlər, lakin ortaq valyuta yaratmaqdan söhbət getmir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Donald Tramp “Truth Social” sosial şəbəkəsində düşmən ölkələrdən yeni “BRİKS” valyutası yaratmamaq və ya “qüdrətli dollar”a alternativ olaraq hər hansı digər valyutanı dəstəkləməmək öhdəliyi tələb etmək planları barədə yazıb:
“Onlar gedib başqa maymaq ölkə tapa bilərlər. BRİKS-in beynəlxalq ticarətdə və ya başqa yerdə ABŞ dollarını əvəz etmək şansı yoxdur”.
Peskovun sözlərinə görə, Trampın bu cür bəyanatlar verməsi ilk dəfə deyil: “Əvvəllər, hətta yenicə prezident seçiləndə də belə bəyanatlar olub. Buna görə də, indi o, mahiyyətcə köhnə tezisini təkrarlayıb”.
Kremlin sözçüsü əlavə edib ki, ölkəsi üçün “BRİKS”in birgə investisiya platformasının yaradılmasını təklif edən Rusiya prezidenti Vladimir Putinin sözləri daha əhəmiyyətlidir.
“Fakt budur ki,” BRİKS”də ortaq valyuta yaratmaqdan söhbət getmir, belə bir şey olmayıb və yoxdur. “BRİKS”də üçüncü ölkələrə birgə investisiyalar, qarşılıqlı investisiyalar və sair imkan verəcək yeni birgə investisiya platformalarının yaradılmasından danışırlar, söhbət bundan gedir. Görünür, ekspertlər, sadəcə olaraq, cənab Trampa “BRİKS” gündəliyini daha ətraflı izah etməlidirlər”, - Rusiya prezidentinin sözçüsü vurğulayıb.
Xatirə SADİQ