Polis avtobusdakı bu görüntülərə görə hərəkətə keçdi - Əxlaqsızlıq edən yaşlı kişi kimdir? + VİDEO
Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən manyak peyda olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, hadisə 11 nömrəli avtobusda baş verib.
Belə ki, yaşlı kişi sərnişinlərin qarşısında qeyri-etik hərəkətlər edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı oxu.az-a açıqlamasında bildirib ki, Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib.
Onun sözlərinə görə, görüntülər əsasında Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılıb və həmin şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Ə.Abbasov olduğu müəyyən edilib.
"Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq onun müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub" , - deyə Eşqin Qasımov vurğulayıb.