Polşada hərbi təlimlər başladı

Polşada sentyabrın 17-dən strateji əhəmiyyətli Suvalki dəhlizindən təxminən 100 kilometr aralıda yerləşən Orjiş hərbi poliqonunda zirehli qüvvələr və hava qüvvələrinin “Dəmir Darvaza” adlı iri təlimi başlayıb.

Sep 17, 2025 - 13:57
Polşada hərbi təlimlər başladı

SAVASHMEDİA.az bu barədə Polşa KİV-nə istinadən xəbər verir.

Məlumata görə, təlimdə Polşa və NATO ölkələrindən 30 min əsgər və 600 texnika iştirak edir. Manevrlərə quruda, dənizdə və havada quru qoşunları, hava qüvvələri, donanma, xüsusi təyinatlılar və ərazi qoşunlarının cəlb olunduğu əməliyyatlar daxildir.

Təlim poliqonunda müxtəlif qoşun növləri: zirehli, mexanikləşdirilmiş, artilleriya və hava qüvvələri arasında qarşılıqlı fəaliyyətin məşq edilməsi planlaşdırılır.

Nümayiş olunan avadanlıqlar arasında “Abrams” tankları, K9 haubitsaları, “WR-40 Langusta” buraxılış qurğuları, “Rak” minaatanları, “Rosomak” zirehli transportyorları, “Piorun” və “Spike” dkomplektləri yer alacaq. Havadan dəstəyi F-35 və F-16 qırıcıları, həmçinin AH-64 Apache hücum helikopterləri təmin edəcək.

Xatırladaq ki, bu yaxınlarda Rusiya dronları kütləvi şəkildə NATO-nun üzvü olan Polşanın hava məkanını pozmuşdu. 

Xatirə SADİQ