Prezident əvəzi istefaya göndərildi – Cənubi Koreyada
Cənubi Koreya Milli Assambleyası (parlament) prezident səlahiyyətlərini icra edən baş nazir Han Dok-Sunun impiçmenti üçün səs verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Səsvermədən əvvəl Milli Assambleyanın spikeri bildirib ki, səslər baş nazirin impiçmentinə səs verən kimi hesablanacaq.
Səsvermə zamanı 300 deputatdan 192-si impiçmentin “lehinə” səs verib. Konstitusiyaya görə, prezidentin impiçmenti üçün 300 deputatdan 200-nün səsi lazımdır. Lakin baş nazir də daxil olmaqla, digər yüksək rütbəli məmurlar üçün sadə səs çoxluğu (151 səs) kifayətdir.
Han Dok-Su prezident Yun Sok-Yolun vəzifəsindən uzaqlaşdırılmasından sonra dekabrın 14-dən etibarən dövlət başçısının səlahiyyətlərini icra etməyə başlayıb. Onun vəzifəsindən kənarlaşdırılması müxalifətin “Koreya Demokratik Toburo Partiyası” təşəbbüsü ilə baş tutub. Buna səbəb Han Dok-Su hökumətinin eks-prezidentin və həyat yoldaşının araşdırılması üçün qanun layihəsini rədd etməsi olub.
Xatirə SADİQ